Sizə hədiyyə verilən gülləri bu 3 üsulla qurudun, yadigar saxlayın
Hər Şeydən Bir Az

Sizə hədiyyə verilən gülləri bu 3 üsulla qurudun, yadigar saxlayın

Sevililər günü qadınlara ən çox hədiyyə verilənlərdən biri də çiçiəkdir. Demək olar ki, hər bir qadın çiçəkləri sevir və ona hədiyyə edilən güllərin solmasını istəmir. Lakin çiçəklərin ömrü az olur, qısa zamanda saralmağa ləçəklərini tökməyə başlayır. Bu zaman onları tullamağa məcbur oluruq.

Ancaq onları qurudaraq uzun müddət keçirdiyiniz xoş gündən bir xatirə kimi də saxlaya bilərsiniz.

1Arada.az sizə çiçəkləri düzgün aurutmağın 3 yolunu təqdim edir.

Kitab arasında qurutma üsulu

Tələb olunanlar:  İki ədəd ağır kitab, yağlı kağız və qayçı

Haızrlanması:

Çiçəkləri çürümədən saxlamağın ən rahat yollarından biri iki kitab arasında presləmədir. Bu üsul asan göründüyü qədər də bir o qədər uzun vaxt tələb edir. Kitabn  tam ortasını açın, kitabın içini qorumak üçün vərəqinin üzərinə bir parça yağlı kazğız serin və çiçəyi sahifənin tam ortasına yerləşdirin. Kitabı bağlayın və daha çox sıxısın deyə üzərinə ikinci kitabı da qoyun. Ləçəklərin tam quruması bir ay çəkir, ancaq həftədə bir dəfə yağlı kağızı dəyişməkdə fayda var. Çünki presləmə zamanı kağız çiçeyin nəmini əmir. Kağız uzun müddət nəm qalrsa çiçək çürüməyə başlayacaq.

Mikrodalğa üsulu

Tələb olunanlar:  İki ağır keramika boşqab, kağız salfet, mikrodalı soba.

Hazırlanması:

Əgər çiçəyi tez bir zamanda qurutmaq istəyirsinizsə onda bu üsuldan istifadə edə bilərsiniz. Bir boşqabın içinə ikiqat kağız salfet qoyun üzərinə çiçəyi qoyun. Digər boşqabın arxasını çiçəyin üzərinə qoyun və möhkəm basın. Bu şəkilde mikrodalğalı sobaya qoyun və çiçək quruyana qədəqurudun. Tez-tez açıb baxın.

Havada qurutma üsulu

Tələb olunanlar: Rezin və ip

Hazırlanması:

Çiçəklər qurumağa başladığında güldandan çıxarın və hamısını bir yerdə saxlamaq üçün rezinlə bağlayın. Çox günəş işığı düşməyən bir pəncərə qarşısında bağı aşağı şəkildə asın.  Pəncərə tez-tez açaraq gülləri  havaya verin. Çiçəklər təxminən 2 dəftəyə tam quruyurlar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir