Sinəsini böyütmək istəyən qız ömürlük əlil oldu
Hər Şeydən Bir Az

Sinəsini böyütmək istəyən qız ömürlük əlil oldu

Koloradodan (ABŞ) olan 18 yaşlı Emmalin Nquen sinəsini böyütmək üçün həkim Ceffri Kimin çalışdığı klinikaya müraciət edib.
1Arada.az bildirir ki, əməliyyat zamanı qızın ürəyi dayanıb. Xəstəxananın əməkdaşları mütəxəssis çağırmaq əvəzinə, vəziyyətdən çıxış yolunu özləri tapmağa çalışıblar, nəticədə vaxt itiriblər. Qız əməliyyat başlayandan yalnız 5,5 saat sonra xəstəxanaya çatdırılıb, lakin  artıq bu müddət ərzində onun beyni ciddi zədə almışdı.
Xəstə 22 gündən sonra reabilitasiya mərkəzinə yerləşdirilib. Lakin Emmalin nə yeriyə, nə danışa, nə də müstəqil surətdə qidalana bilir.
Qızın ailəsi həkimləri məhkəməyə verməyə hazırlaşır. Nquenlərin vəkili qızın sağalmaq şansının az olduğunu bildirir.  ///oxu.az

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir