Hər Şeydən Bir Az Maraqlı Məlumatlar Qadın Uşaq Kişi

Sevgilinizə Bunlardan Söz Salmayın – Münasibətiniz Korlana Bilər

Münasibətlərdə dürrüstlük ən vacib amildir. Ancaq qadın sevgilisinə sirli və cazibədar görünməsi üçün bəzi şeyləri ondan gizli saxlasa yaxşı olar.
1arada.az sizi sevgilinizdən gizli saxlamalı olduğunuz bəzi məqamlardan agah edəcək:
Keçmişdən söz salma
Qarşılıqlı münasibət zamanı bəzən elə olur ki, qadın sevgilisinə keçmiş münasibətlərindən söhbət salır. Bəzən isə əks tərəf də sevgilisinin keçmiçşi ilə maraqlanır. Lakin bu o demək deyil ki, o həqiqəti eşitmək istəyir. Bəlkə də o “sənin kimi heç kəsi sevməmişəm” kəlməsini eşitmək istəyir. Bunu nəzərə almaq lazımdır.
Başqa kişiyə olan simpatiyandan bəhs etmə
Qızların heyan olduqları insanlar tez-tez dəyişə bilər. Bu gün əgər siz hansısa iş yoldaşınıza simpatiya bəsləyirsinizsə, sabah həmin şəxs izlədiyiniz serialda baş rolu canlandıran aktyorla əvəzlənə bilər. Bu barədə öz sevgilinizlə bölüşməyiniz heç də vacib deyil. Çünki o sizin bu səmimiyyətinizi başqa cür qiymətləndirəcəkdir. Sevgiliniz onun sizi qane etmədiyini düşünəcək və ya qısqanaraq sizi yoxlamağa çalışacaq.

Xəstəliklər və ya şəxsi gigiyena haqda danışma
Sevdiyiniz insana şəxsi gigiyenanızdan və müxtəlif xəstəklərdən söhbət açdığınız təqdirdə onun gözündə adiləşərək öz statusunuzu itirə bilərsiniz. Əgər onun sizi əzizləməsini istəyirsinizsə, o zaman sadəcə başınızın və ya qarnınızın ağrıdığını deyin. İntim detalları açıqlamağa gərək yoxdur. Yaxşı olar ki, epilyasiya, diş təmizləməsi, manikur və pedikur kimi prosedurlar haqda da məlumatları gizli saxlayasınız. Oğlanlar üçün onsuz da bu maraqlı deyil.
Qısqandığınızı bəlli etməyin
Sevdiyinizi qısqansanız belə yaxşı olar ki, onun smslərini oxuduğunuzu, sosial şəbəkələrdə izlədiyinizi bəlli etməyəsəniz. Bu cür raftar etməyiniz üçün yəqin ki, ciddi səbəblər var. Çünki bu sevdiyiniz insana olan güvənsizlikdən və inamsızlıqdan xəbər verir. Bu isə arada olan isti münasibətə mənfi təsir göstərir. Həmçinin də, erkək cinsin nümayəndələri üçün azadlıqları çox əhəmiyyətlidir. Onlar şəxsi həyatlarına edilən müdaxiləni faciə kimi qiymətləndirirlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir