Bu möcüzəvi qarışıq sağlamlığa effektli təsir etdiyi üçün “Sehirli içki” adını alıb. Bu içkini ilk dəfə Çin təbabətində ağciyər xərçənginin müalicəsində tətbiq ediblər.
1Arada.az kök, alma və çuğundur qarşığından ibarət olan bu sadə içkinin digər təsirlərindən söhbət açır:
Ürəyi və qan damarlarını qoruyur
Bu içki qan dövranını yaxşılaşdıraraq ürək tutmasının qarşısını alır.
Həzm prosesini normaya salır və çəkini azaldır
Təzə sıxılmış bu şirə həzm sistemi üçün çox uyğundur. O, həm də mədənin sağlam qalmasını və xoranın əmələ gəlməsinin qarşısını alır. Bağırsaqların hərəkətini artırır, toksinləri bədəndən çıxararaq qəbizliyi aradan qaldırır. Toxluq hissi verərək çəkinin azalmasına kömək olur.
Bədəni təmizləyir və infeksiyalardan qoruyur
Bu möcüzəvi şirə qaraciyəri toksinlərdən azad edərək qanı təmizləyir. Bu üç bitkidən hazırlanan şirə həm də böyrəklərin və mədəaltı vəzin də sağlamlığını qoruyur.
Dərini gözəlləşdirir
Araşdırmalara görə, bu şirənin tərkibində dərinin sağlam və gözəl olması üçün tələb oluna bütün maddələr mövcuddur. Onu içməklə dəridə yaranan sızanaq, səpgi, qırış, quruluq, allergiya və s. problemlərdən azad olaraq parlaq və elastik dəriyə malik olacaqsınız.
Görmə qabiliyyətini qoruyur
Bu içkinin köməyilə gözlərdə olan quruluğu, qırmızılığı və yorğunluğu aradan qaldırmaq mümkündür. Komputer qarşısında uzun müddət işləyənlər üçün yaxşı vasitə hesab olunur.
Qadın xəstəliklərinin ən yaxşı əlacı
Aybaşı zamanı güclü ağrıları olan qadınların bu şirəni içməkləri məsləhətdir. O, həmçinin də mensturasiya zamanı itirilən dəmiri bərpa edir və yorğunluğu aradan qaldırır.
Hazırlanması:
3 ədəd alma, 3 ədəd çuğundur və 3 ədəd kök götürün. Onları təmizləyərək şirəçəkəndən keçirin. Çökməsini gözləyərək şüşə bankaya töküb soyuducuya qoyun.
Necə içilməlidir?
İçkini gün ərzində yalnız hər dəfə 1 stəkan olmaqla 2 dəfə içmək olar. Birinci dəfə qarışığı səhərlər ac qarına için.Yalnız bir saatdan sonra səhər yeməyi yeyə bilərsiniz. Üstündən 17 saat keçdikdən sonra isə ikinci stıkanı içə bilərsiniz.
Aramla və hər qurtumu ağızda bir müddət saxlayaraq qəbul edin.
Lazımi nəticəni əldə etmək üçün qarışımı 1 aydan 3 aya qədər qəbul etməyiniz tələb olunur.