Samirə Mustafayeva 5 İllik fasilədən sonra televiziyaya qayıtdı
Məşhurlar

Samirə Mustafayeva 5 İllik fasilədən sonra televiziyaya qayıtdı

Yeni mövsümdə AzTV-də “Xəbərlər”i tanınmış teleaparıcı Samirə Mustafayeva təqdim edəcək.
1Arada.az xəbər verir ki, tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdıb.
Bu sahədə 16 illik təcrübəsi olan S.Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq.
Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.
S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.
Həmin gün “Xəbərlər”i aparıcılar tamaşaçılara birgə çatdıracaqlar.
Onu da bildirək ki, “Xəbərlər” proqramı sentyabrın 14-dən etibarən efirə yeni və möhtəşəm dizaynla hazırlanmış studiyadan çıxacaq.
Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb, peşəkar xəbər aparıcısı kimi tanınır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir