Samirə Əfəndi Eurovision 2020 mahnı şousunda iştirak etdi
Məşhurlar

Samirə Əfəndi “Eurovision 2020” mahnı şousunda iştirak etdi – VİDEO

Samirə Əfəndi “Kleopatra” adlı mahnısı ilə 65-ci Beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin “Eurovision: Europe Shine A Light” xüsusi onlayn şousunda iştirak edib.

Onlayn şou əvvəlcədən planlaşdırılan “Avroviziya 2020” finalının əvəzinə yayımlanıb.

Şou 46 ölkədə, o cümlədən “Avroviziya” mahnı müsabiqəsinin milli yayımçısı olan İctimai Televiziyada (İTV) canlı yayımlanıb. Şərhçi məşhur ifaçı, bəstəkar, teleaparıcı və şoumen Murad Arifdir.

Qeyd edək ki, Samirə Əfəndinin “Kleopatra” mahnısına çəkilmiş videoklipi Youtube-dakı müsabiqənin rəsmi kanalında 4,6 milyon baxış toplayıb. Bir neçə gün əvvəl müğənni İnstaqram səhifəsində bu mahnının akustik versiyasını təqdim edib.

Xatırladaq ki, martın 18-də “Avroviziya 2020″nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi.

Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər. Samirə Əfəndi ölkəmizi “Eurovision 2021″də də təmsil edəcək.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir