Sağlam insanlar üçün Covid-19 ölümcül deyil -Həkimdən açıqlama
Müsahibələr Redaktorun Seçimi

“Sağlam insanlar üçün Covid-19 ölümcül deyil” -Həkimdən açıqlama

Son bir neçə aydır ki, koronavirus kimi tanınan infeksiya səbəbindən bütün dünya karantin vəziyyətindədir. Kütləvi şəkildə insanlara yoluxan və ölümə səbəb olan bu virus bütün dünya əhalisini təşvişdə saxlayır. Ölkəmizdə də bu virusa yoluxma və ölüm halları qeydə alınıb. Həkimlərin bildirdiklərinə görə, dünyasını dəyişən 7 nəfər virusla yanaşı bir sıra xroniki xəstəliklərdən də əziyyət çəkən insanlar olublar. Bu xəstəliklər içərisində ürək xəstəlikləri də yer alır. Bəs görəsən koronavirus xroniki ürək xəstələri üçün nə qədər təhlükəli hesab olunur?

1Arada.az suala aydınlıq gətirmək üçün invaziv kardioloq Rasim Məhərrəmovdan açıqlama aldı. Həmin açıqlamanı təqdim edirik:

“Covid – 19 koronavirusların qrupundan olan bir virusun mutasiya etmiş formasıdır. Koronavirus tibbə 20-ci əsrin əvəllərindən məlumdur. Onun yeni mutasiya uğramış forması Covid-19 adlandırılır. Bu virusun ölüm faizinin 90 faiz olması haqda bir sıra şayələr mövcuddur. Amma bu belə deyil. Statistika göstərir ki, virus səbəbindən ölüm faizi 2-3 faiz təşkil edir. Belə ki, virusa yoluxmuş hər 100 xəstədən 1-də ölüm halı qeydə alınır. Ölkəmizdəki statistik vəziyyətə nəzər salsaq bunun təsdiqləndiyini görə bilərik. Bütün dünya üzrə ölüm halları 2-4 faiz təşkil edir.

Viral infeksiya, yəni yüxarı tənəffüs yollarının xəstəliyi daha çox altda yatan xəstəliyi olan insanlarda ölümcül olur. Koronavirus heç bir xəstəliyi olmayan insan üçün ölüm riski yaratmır. Sağlam insan sadəcə olaraq bu virusun daşıyıcısı ola bilər, yəni başqalarını yoluxdura bilər. Yaşlı nəslin nümayəndələri, böyrək xəstələri, arterial hipertoniyadan və ürək çatışmazlığından əziyyət çəkən insanlar, yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkənlər, ağciyər durğunluğu olan insanlar, qaraciyərin funksiyalarının pozulması ilə müşayət edilən xəstəliklərdən əziyyət çəkənlər, müxtəlif hormonal xəstəliklərdən əziyyət çəkənlər, məsələn şəkər xəstələri, ürəyin işemik xəstəliklərindən əziyyət çəkən insanlar risk qrupuna aid edilirlər. Bu sadaladığımız xəstələr koronavirus olmadan da riskli xəstələr hesab edilirlər. Bu xəstəliklərdən əziyyət çəkən insanlar ayrı-ayrılıqda çox ciddi xəstəliklərlə mücadilə aparırlar. Bu xəstəliklərin hər biri insan həyatı üçün risk təşkil edir.

Yaşlı və sadalanan xəstəliklərlə mübarizə aparan insanlar koronavirusa yoluxduqda yanaşı xəstəliklərinin ağırlaşmasını müşahidə edirik. Hətta bütün sadalanan xəstəlikdən əziyyət çəkən insanlar virusa yoluxduqda belə onların hamısı dünyalarını dəyişmirlər. Rəsmi rəqəmlərə görə bu gün ölkəmizdə 600-dən çox koronavirusa yoluxmuş xəstə var. Amma cəmi 7 nəfər dünyasını dəyişib. Həmin yeddi nəfərin hər biri ayrı-ayrılıqda ciddi altda yatan xəstəlikləri olan insanlar olublar. Bu fakt Çin, ABŞ və xəstəlikdən əziyyət çəkən digər Avropa ölkələrinə də aiddir.

Xəstəlikdən xilas olmağın əsas yolu immunitetin güclü olması, hərəkətdə olmaq, digər xəstəlikləri olan xəstələrin dərmanlarını vaxtlı vaxtında qəbul etməsidir. Həmçinin də burada özünü təcrid prinsipi çox önəmlidir. Səbəbi isə digərlərini yoluxdurmamaqdır.

Koronavirusun vaksinin tapılmasının və yaxud da hər hansı bir dərmanın bu xəstəliyi müalicə etməsi xəbərləri şaiyələrdir. Bu xəbərlərə uymaq lazım deyil. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə bu virusa qarşı peyvəndin hazırlanması üçün ən az bir il vaxt tələb olunur. Virusun dekabr ayından meydana çıxmasını nəzərə alsaq onun peyvəndinin yalnız 2021-ci ildə əldə hazırlanmasının mümkün ola biləcəyini ehtimal edə bilərik. Bu da hələ fakt deyil.

Daha əvəllər də dünya daha şiddətli pandemiyalarla üz-üzə qalıb. Bunlara sıçovullardan insana yoluxaraq onların həyatını yaşından və cinsindən aslı olmayaraq ciddi şəkildə təhdid edən taun, vəba pandemiyalarını misal çəkmək olar. Düzdür o dövrün təbabətini də müasir tibblə müqayisə etdikdə arada ciddi fərqin olduğunu görürük.

Söhbət qrip virusundan gedir. Bu virus isə daim mutasiyaya uğrayır. 20-ci əsrin əvəllərindən sonlarına doğru nəzər salsaq görərik ki, 1981-ci il avqust ayının 12-də “İzvestiya” qəzetində də koronavirusun yayılması barədə məlumata rastlaşmaq mümkündür. Amma o dövrdə bu xəbər bu qədər çox ajiotaja səbəb olmamışdı. 2002-ci ildə Sars virusu adı altında, 2012-ci ildə Mers virusu adı ilə meydana çıxan, viruslar, həmçinin də quş qripi, donuz qripi inflüenza virusunun mutasiya olunmuş formalarıdır. Onlardan biri də Covid-19-dur. 2019-cu ildə Çinin Uxan şəhərində meydana çıxan bu xəstəlik pandemiyaya səbəb olub. Amma bu qədər təşvişə də səbəb yoxdur. Sadəcə olaraq qaydalara uyğun hərəkət etmək lazımdır. Bir sözlə yoluxmamaq və yoluxdurmamaq lazımdır. Şəxsi gigiyenasına və sağlamlığına diqqət edən insan qarşısında istənilən viral infeksiya acizdir. “

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir