ŞAD XƏBƏR: Yoluxanların sayı yenidən kəskin azaldı
Xəstəliklər

ŞAD XƏBƏR: Yoluxanların sayı yenidən kəskin azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1Arada.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, ötən müddət ərzində isə ümumilikdə 826 043 test aparılıb.

Qeyd edək ki, ötən gün 103 yeni yoluxma faktı qeydə alınmış, 221 nəfər müalicə olunaraq sağalmış, 4 nəfər vəfat etmişdi.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir