ŞAD XƏBƏR Toyların keçirilməsinə icazə veriləcək - AÇIQLAMA
Hər Şeydən Bir Az

ŞAD XƏBƏR: Toyların keçirilməsinə İcazə veriləcək – AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən etibarən qapalı məkanlarda yerində xidmət edilməsinə icazə verilib.

Son günlər ardıcıl yumşaldılmaların olması, toyların keçirilməsinə icazə verilməsi məsələsi gündəmə gəlib.

1Arada.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Aqil Abbas yoluxma sayında azalma və sağalanların yoluxanları üstələməsinin toyların keçirilməsi üçün şərait yaratdığını bildirib:  

“Əgər insanların müəyyən məkanlarda bir yerə toplanmasına icazə verilirsə, toylara da icazə verilə bilər. Əlbəttə ki, müəyyən qaydalar və qadağalar əsasında etmək olar.

Toya isə maksiumum 150-200 nəfər dəvət etmək lazımdır. Amma dediyim kimi, toyda karantin qaydalarına ciddi şəkildə nəzarət olunmalıdır. Çünki bizim toylarda insanlar sıx və yaxın təmasda çox olur. Bu isə indiki məqamda çox risklidir.

Hər bir halda bir vətəndaş, millət vəkili kimi toyların keçirilməsinə iczə verilməsini istəyərəm.

Düşünürəm ki, yaxın zamanlarda Operativ Qərargah bu məsələ ilə bağlı da lazımı qərarlar verəcəklər”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir