Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər
Hər Şeydən Bir Az

ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər – AÇIQLAMA

Dünən koronavirusa yoluxanların sayı 104-dən 65-ə düşüb. Əgər koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam etsə, karantin rejimi mayın 31-dən tez bitə bilərmi?

1Arada.az xəbər verir ki, bununla bağlı danışan deputat Aydın Mirzəzadə bildirib ki, karantinlə bağlı bütün qərarlar yoluxma dinamikasına görə müəyyən edilir:

“Azərbaycanın böyük ərazisində yeni yoluxma olmadığına görə karantin rejimi götürüldü. Hesab edirəm ki, atılan addımlar buna uyğun atılacaq. Bu məsələdə dövlətin atdığı addımlarla yanaşı sosial məsuliyyət məsələsi gündəmdə olmalıdır. Ehtiyac olmadan çölə çıxılmasa, insanlar tərəfindən sosial məsafə saxlanılsa, qoruyucu tibbi maska, əlcəklərdən itifadə edərək gigiyenik qaydalara riyaət etsək, koronavirusla bağlı elan olunmuş karantin rejim gözləniləndən də tez bitə bilər. Operativ Qərargahın verdiyi məlumatlara görə bütün statistikalar araşdırılır, karantin rejiminin yumşaldılması və aradan qaldırılma məsələsi gündəmdədir. Düşünürəm ki, yoluxmaların sayı minimuma düşsə, ölkədə elan olunmuş karantin rejimi təyin olunan vaxtdan da tez bitə bilər“.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir