Şad xəbər az öncə gəldi - İyunun 1-dən
Hər Şeydən Bir Az

Şad xəbər az öncə gəldi: İyunun 1-dən

1Arada.az Bizimyol.info-ya istinadən xəbər verir ki,  yayda dünyanın əksər ölkələrində həyat bərpa olunacaq. Aviaşirkətlərin davranışı da belə deməyə əsas verir.

Yay üçün bilet satışlarına start verilib. Siyahıya nəzər salarkən hətta Bakının adına da rast gəlmək mümkündür. “Ural hava yolları” iyunun 1-dən Rusiyadan paytaxtımıza uçuşlar təşkil edəcək. Bundan başqa, Barselonaya, Milana, Fərqanəyə, Düşənbəyə, Oşa, Səmərqəndə, Bişkəkə, Almatıya reyslər var. İyunun axırlarında Amsterdama, Londona da uçmaq mümkün olacaq.

Türkiyə hava yolları” Moskvadan, Sankt-Peterburqdan Antalyaya, İstanbula reyslər təşkil etməyi düşünür. Rusiyanın “Pobeda” avişirkəti isə hələlik yalnız Antalyanı seçib. Türkiyə şəhərinə Barselona da əlavə olunub.

“Sibir” çox ucuz biletlər təklif edir. Beynəlxalq uçuşlarda hətta 1000 rubla (təxminən 14 dollar) da bilet almaq mümkündür. Daxili reyslərdə isə qiymətlər 500 rubl civarındadır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir