Sabaha olan hava proqnozu açıqlanıb
Hər Şeydən Bir Az

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda yanvarın 5-nə olan hava proqnozu açıqlanıb.

1Arada.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 – 6° isti, gündüz 7 – 9° isti, Bakıda gecə 3 – 5° isti, gündüz 7 – 9° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80 – 90 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 5-6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi cənub və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Lənkəran – Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6 – 11° isti, dağlarda gecə 3 – 8° şaxta, gündüz 0 – 5° isti olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir