Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Hər Şeydən Bir Az Redaktorun Seçimi

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Fevralın 28-də  gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz  9-13 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti,  gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.  

Fevralın 28-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Fevralın 28-də Abşeron yarımadasında meteoroloji  amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir