Sabah 31 dərəcə isti olacaq
Hər Şeydən Bir Az

Sabah 31 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 5-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən 1Arada.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir