Saatın yaranma tarixi – Maraqlı faktlar
Hər Şeydən Bir Az

Saatın yaranma tarixi – Maraqlı faktlar

«Vaxt qızıldır» ifadəsi təsadüfən deyilməyib. Zaman və vaxt anlamı insanlar üçün həmişə çox önəmli olub. İşimiz, planlarımız, istəklərimiz nə olur olsun, zaman daim hərəkətdədir.

Bizimlə, yaxud da bizsiz. İlk saatın icadı insanların zamanı bilmək, ölçmək istəyi nəticəsində meydana gəlib.

1Arada.az bildirir ki, bu gün evimizə xüsusi dekorativ görkəm verən, eyni zamanda aksessuar kimi istifadə etdiyimiz saatların təbii ki, xüsusi inkişaf yolu var.

Qədim dövlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə edirdilər. Ən qədim saatlar Günəş saatları hesab olunur. Bu ilk dəfə qədim misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək vaxtı ölçməyin ən qədim üsulunu kəşf ediblər. Onlar meydanın ortasında qoyulan daşın üzərinə düşən kölgəni izləməklə vaxtı təyin ediridlər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb.

Günəş saatından sonra su saatı meydana gəlib. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. Günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də müəyyən etmək oldu. Su saatları ilkin vaxtlarda dibində dəlik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi.

Tarixi mənbələrə görə, 1259-cu ildə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin Marağa rəsədxanasında Ay və Günəş tutulması və gecə-gündüz bərabərliyini  müşahidə edən müxtəlif cihazlardan başqa  Günəş və Su saatı da olub.

Saat tarixində növbəti ixtira  qum saatlarıdır. Qum saatı ilk dəfə Avropada 8-ci əsrdə Luidprand adlı  fransız keşişi tərəfindən hazırlanıb. Ələnmiş  qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər. Ammu bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə çevirsin. Qum saatı bərabər sürətli hərəkət prinsipi əsasında işləyirdi. 16-cı əsrdən etibarən bu saatlar təkcə zamanı ölçmək üçün deyil, həm də  bəlli bir vaxtın başlanğıcı ilə bitdiyini göstərmək üçün istifadə olunur. Zaman –zaman kilsələrdə dua vaxtı, gəmilərdə işçilərin növbə vaxtı, eyni zamanda gəminin sürətinin bəlli olması baxımından qum saatları çox yararalı hesab olunub. Yeri  gəlmişkən,  xəbəriniz olsun ki, ən qədim qum saatı Londonda Britaniya müzeyində yerləşir.

Dünaynın Ən böyük qum saatı isə Budapeştdədir. Saatın içindəki qum 1 il boyunca hərəkət edir. Saatı 180 dərəcə döndərmək  45 dəqiqə vaxt alır və bu prosesi yerinə yetirmək üçün 4 nəfər lazım olur.

Beləliklə zaman dəyişdikcə onu ölçən cihaz da inkişaf elədi. Və mexaniki əqrəbli  saat, qüllə saat, divar, qol, cib üçün saat növləri yarandı. Müasir dünyada İsveçrə ənənəvi saat ölkəsi kim tanınır.Bu ölkənin istehsal etdiyi saatlar ən yaxşı, möhkəm, dözümlü, sukeçirməz və digər keyfiyyətlərinə görə fərqlənir.

Saat muzeyləri fəaliyyət göstərən ölkələr də az deyil. Belə muzeylərlərdən biri də Rumıniyanın Ployes şəhərində yerləşir. Bu, Şərqi Avropada yeganə olan Qədim Saatlar Muzeyidir. 1963-cü ildə yaradılan muzeydə 500 növdə gün, qum və su saatları qorunur.

Qorunmalı olan ən dəyərli məhfum isə saatdan çox vaxtdır. Çünki müasir dövrdə hamımız vaxtım yoxdur deyib şikayət edirik. Əslində isə hamımızın vaxtı enişteyn, betxoven, nəsrəddin tusinin vaxtı qədərdir. Çatışmayan isə biizm vaxta olan münasibətimizdir. İtirdiyimiz vaxtı hesablaya bilsək onun dəyərləndirməyi daha çox bacararıq.

Əsli Hüseynli

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir