Səhərlər nə üçün yorğun oyanırıq 5 səbəb
Hər Şeydən Bir Az

Səhərlər nə üçün yorğun oyanırıq? 5 səbəb

Həkimlərin bildirdiklərinə görə gecə 7 saat yatmaq insanın tam dincəlməsi üçün yetərlidir. Amma elə olur ki, gecəni tam yatmağımıza baxmayaraq səhər yuxudan yorğun və halsız oyanırıq.

Bu əlamət orqanzimdə nələrinsə qaydada olmadığını bildirir.

1Arada.az bu dəfə səhərlər yorğun oyanmağımızın 5 səbəbini açıqlayır:

  1. Keyfiyyətsiz yuxu – əgər siz sutka ərzində 7 saatdan az yatırsınızsa o zaman, sizin orqanizminiz və beyniniz tam istirahət edə bilmir.  Belə olduqda yuxudan əzgin və halzız oyanaraq gün boyu yuxulu olursunuz. Bunu aradan qaldırmaq üçün hər gün hətta  istirahət günləri də eyni saatda durmağa vərdiş edin.
  2. Yetərli qidalanmama/ vitamin çatışmazlığı

Hətta düzgün qidalanma sizin gün boyunca yetərli vitamin və minerallarla təmin olunacağınız demək deyil.  Yuxudan yorğun oyanmağın əsas səbəblərindən biri də budur. Çalışın ki, balanslaşdırılmış qidalanasız. Qidanıza müxtəlif vitaminlər, həmçinin kalsium, maqnezium, sink kimi baş beynin işini tənzimləyən minerallar əlavə edin.

3. Xroniki stress. İş prosesi insanların həyatında əsas stres mənbəyi hesab olunur. Boş vaxtın az olması, aşağı əmək haqqı, çox işləmək vəziyyəti daha da gərginləşdirir. Gününüzü qaydaya salmağa çalışın. Özünüzə vaxt ayırın. Həyatınızda olan stresi azaltmaq üçün mümkün olan hər şeyi edin.

4. Oturaq həyat tərzi – müasir dünyada bir çox insan oturaq həyat tərzi keçirir. Buna görə də idmana mümkün qədər çox vaxt ayrılmalıdır. Hətta kiçik fiziki iş belə endorfinin əmələ gəlməsinə kortizolun isə neytrallaşmasına səbəb olur.   Endorfin hormonu sayəsində insan məşqdən sonra yüngül eyforiya halı yaşayır, kortizol hormonunun azalması isə stresi aradan qaldırır. İdman ilə əqli keyfiyyətlər arasında birbaşa əlaqənin mövcud olduğu sübut edilib.

Gəzmək – düşüncələrin təmizləmək üçün ən yaxşı vasitədir

İdmana yavaş-yavaş başlayın. Gün ərzində 15-30 dəqiqəlik gəzinti bəs edəcək. Əgər vaxtınız imkan verirsə o zaman gəzintinin vaxtını uzada bilərsiniz.

5. Susuzlaşma – Statistikaya görə, bədəndə mayenin cəmi 2% azalması yaddaşın pisləşməsinə və diqqət dağınıqlığına səbəb olur. Su baş beyinə enerji verir, funksiyalarının normal yerinə yetirməsinə şərait yaradır.  Bundan əlavə, su hormonların sintezi üçün də vacibdir. Bu problemi həll etmək çox sadədir. Özünüzlə bir butulka su gəzdirin. Yadınıza düşdükcə qəbul edin. Bir müddətdən sonra diqqətinizin düzəldiyini və kreativlikliyinizin artdığının şahidi olacaqsınız.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir