Rusiyada altı nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Hər Şeydən Bir Az

Rusiyada altı nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Rusiyanın İrkutsk vilayətində altı nəfər Çin vətəndaşının koronavirusa yoluxması ehtimal edilir.

1Arada.az-ın Oxu.az-a istinadən xəbərinə görə, Baykal Dövlət Universitetində təhsil alan 5 nəfər Çin vətəndaşı bir neçə gündür dərslərə gəlmədiyi üçün rektor onlarla əlaqə saxlayıb və tələbələr xəstə olduqlarını bildiriblər.

Məlum olub ki, tələbələr tətildə ailələrinin yanına, Çinə gediblər, Rusiyaya qayıdan kimi vəziyyətləri ağırlaşıb. Onların ölkələrində olduğu müddət koronavirus infeksiyası üçün mümkün olan inkubasiya dövrünə uyğundur. Həmin tələbələr həkim nəzarətinə götürülüb və analizlər alınaraq yoxlanılması üçün Moskvaya göndərilib. Universitetin yataqxanası karantin elan edilirək bağlanıb.

Eyni zamanda, Pekin-Moskva qatarı ilə Rusiyaya gələn bir Çin vətəndaşının da koronavirusa yoluxması şübhəsi yaranıb. O, qatardan çıxarılaraq İrkutsk vilayətində xəstəxanaya yerləşdirilib.

Qeyd olunan altı nəfərin koronavirusa yoluxub-yoluxmadığı analizlərin nəticələrindən sonra dəqiq bəlli olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir