Rusiya Azərbaycanla uçuşları nə vaxt bərpa edir
Hər Şeydən Bir Az

Rusiya Azərbaycanla uçuşları nə vaxt bərpa edir? – RƏSMİ AÇIQLAMA

Rusiyada beynəlxalq reyslərin bərpa olunma tarixi avqusta təyin edilib. Rusiyanın “Aeroflot” Hava Yolları şirkətindən 1Arada.az-a verilən məlumata görə, Rusiyaya getmək və ya oradan gəlmək istəyən Azərbaycan vətəndaşları bunu yalnız avqustun 1-dən etibarən edə bilər.

“Bütün beynəlxalq reyslər yalnız bu ilin avqust ayından etibarən bərpa ediləcək. Hazırda yalnız daxili reyslərə icazə verilir. Əlbətdə ki, koronavirus pandemiyası ilə bağlı vəziyyətin kəskinləşməsi və karantin rejiminin yenidən tətbiq edilməsi durumunda uçuşlar yenidən ləğv edilə bilər.

Bu halda bilet üçün ödənilən pul müştərilərimizə geri qaytarılacaq”, – deyə “Aeroflot”dan bildirilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir