Roza Zərgərlinin səhhətində problem yaranıb - Türkiyədən cərrah dəvət olunub
Məşhurlar

Roza Zərgərlinin səhhətində problem yaranıb – Türkiyədən cərrah dəvət olunub

Müğənni Roza Zərgərli əməliyyat olunacaq.

1Arada.az xəbər verir ki, sənətçi ayağındakı problemə görə bıçaq altına yatacaq. Əməliyyata dörd peşəkar cərrah girəcək. Onlardan ikisi Türkiyədən dəvət olunub. Digər iki nəfər isə ölkəmizdəki peşəkar cərrahlardır.

Zərgərli bildirib ki, əməliyyat ayın 6-da keçiriləcək:

“Uzun müddətdir, ayağımda problem var. Bu, ilk əməliyyat deyil. Kök hüceyrə transplantasiyası icra ediləcək. Ümid edirəm ki, yaxşı keçəcək. Həkimlər buna ciddi hazırlaşıblar. Əslində, çoxdan əməliyyat olunmalı idim. Amma işlərimin çoxluğundan vaxtı uzadırdım”.

Qeyd edək ki, sənətçi əvvəlcə bu ilin mayında İsraildə əməliyyat olunmalı və endoprotez qoyulmalı idi. Buna görə də müğənni iki dəfə plastik əməliyyat etdirib, çəkisini azaltdırıb. BAKU.WS 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir