Qubada 18 Yaşlı Oğlan Yanaraq Ölüb
Hər Şeydən Bir Az

Qubada 18 yaşlı oğlan yanaraq ölüb

Quba rayonunda bədbəxt hadisə baş verib.

1Arada.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qımıl kəndində qeydə alınıb. 

Kənd sakini, 2002-ci il təvəllüdlü Musayev Bəşir Çərkəz oğlu həyətdə ocaq qalayarkən, üstünə yanacaq düşərək yanıb. O, dərhal Qusarda yerləşən özəl tibb müəssisəsinə oradan isə Bakıya göndərilib. Həkimlərin səyinə baxmayaraq ağır yanıq xəsarətləri alan şəxsi xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir