Məlumdur ki, çoxlu maye və C vitaminin qəbulundan əlavə zökəm olmuş insanın səhhətinə sakitlik də müsbət təsir göstərir. Bu o demək deyil ki, boğazınız ağrıyan və ya burnunuz azacıq axan kimi günüzün çox hissəsini yataqda keçirməliyik?
1Arada.az bildirir ki, yuxu mütəxəsislərinin sözlərinə görə, yuxunun insanın immun sisteminin işinə müsbət təsir etdiyi elmi təcrebələrlə sübut edilib. Heyvanlar üzərində aparılan tədqiqatlaq sübut edib ki, onların yuxudan məhrum edilməsi virus və bakteriyalara qarşı dözümlülüyün azaldır.
“Eksperimentlər göstərib ki, bu cür heyvanlar infeksiyalarla mübarizə etmək qabiliyyətindən məhrum olurlar” – deyə alimlər bildiriblər.
Əgər siz artıq xəstələnmisinizsə o zaman yatmaq sizin edəcəyiniz ən yaxşı müalicə ola bilər. Səbəbi isə orqanizmin virusla mübarizə apararaq enerji resurslarını maksimum işlətməsidir.
“Həqiqətən də yuxu sağalma prosesinə müsbət təsir edir. İnsan yatarkən orqanizm viruslarla maksimum həddə savaşa bilir. Bundan əlavə yuxu zamanı beynin müqavimətə cavabdeh hissələri aktivləşir. Buna görə də xəstə insan həmişə yuxulu olur və yatmaq istəyir.”
Burdan belə məlum olur ki, xəstə insan mütləq istirahət etməlidir. Buna görə də, əgər xəstələndiyiniz hiss etsəz o zaman orqanziminizin viruslarla nüabirəzədn qalib çıxması üçün mütləq kifayət qədər yatmalısınız.