Sitrus meyvələri çoxlarının sevdiyi meyvələrdəndir. Onlar dadlı olmaqla yanaşı həm də çox faydalıdırlar. Buna görə də sitrus meyvələri ilə hazırlanan şirniyyatlar ətirli olması ilə yanaşı bil vitaminli də hesab edilir.
1Arada sizə sadə reseptli, yüngül naringi piroqunu təqdim edir.
Cəmi 4 inqrediyent istifadə etməklə yüngül piroq hazırlamaq mümkündür. Həmçinin də qlüten allergiyası olan insanlar da bu tortdan istifadə edə bilərlər.
Tələb olunanlar:
- 3 ədəd böyük naringi
- 6 ədəd yumurta
- 1 stəkan şəkər kirşanı
- 2 stəkan badam unu
Böyük bir qaba yumurtaları və şəkər pudrasını əlavə edin. Mikser ilə 5 dəqiqə ərzində çalın. Naringiləri təmziləyin və blender vasitəsilə püre halına salın. Naringi püresini badam ununa qarışdırın. Daha sonra ehtiyatla yumurtalə qarşımın üzərinə əlavə edin.
Formanı yağlayın. Sobanı 160 dərəcəyə qədər qızdırın. Kütləni formaya tökərək 40 dəqiqəyə qədər bişirin.
Sobadan çıxararaq 10 dəqiqə müddətində soyudun. Süfrəyə verməzdən əvvəl üzərinə şəkər kirşanı səpin.