Qızından Yevda Abramovun vəziyyəti ilə bağlı AÇIQLAMA
Hər Şeydən Bir Az

Qızından Yevda Abramovun vəziyyəti ilə bağlı AÇIQLAMA

Atam hazırda reanimasiyadadır. Səhhətində yaxşılığa doğru cüzi irəliləyiş var”.
1Arada.az xəbər verir ki, bunu report-a açıqlamasında səhhətində problemlər yaranan Milli Məclisin deputatı Yevda Abramovun qızı Bəsti Yusifova deyib.
“Həkimlərin sözlərinə görə, ola bilər hər şey yaxşı olsun və yenidən palataya köçürülsün”, – deputatın qızı bildirib. 
Qeyd edək ki, yəhudi əsilli Y.Abramov 1948-ci ildə Qubanın Qırmızı Qəsəbəsində anadan olub. O, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Y.Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir. 
Bir neçə ildir səhhətində problemlər olan deputatın müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam etdirilir. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir