1Arada.az sizə “Qızıl gül pençenyesi”nin reseptini təqdim edir:
Xəmir üçün: 3 stəkan un, qabartma tozu, vanil, 250 qr kərə yağı, 200 qr xama, 2 yumurta sarısı
İçlik üçün:2 yumurta ağı, 1 stəkan şəkər tozu və qoz
Xəmirin hazırlanması:
Un və yağ bir qabda ovkələnərək qarışdırılır, üzərinə xama və yumurta sarısı əlavə edilərək bərk xəmir yoğrulur. Xəmir 4 hissəyə ayrılır və kündələnilir.
Bezenin hazırlanması:
Yumutanın ağı şəkər tozu ilə qatı kütlə əmələ gəlincəyə qədər mikserlə çalınır. Vanil əlavə etmək olar.
Şirniyyatın hazırlanması:
Kündələr ayrı qyrılıqda yayılaraq üzərinə beze çəkilir və qoz səpilərək bükülür. 2 barmaq enində kəsilir. Soba listinə yağlı kağız sərilir. Peçenyelər tərs çevrilərək listə düzülür.
180 dərəcədə 15 dəqiqə üzəri qızarana qədər bişirilir.
Nuş olsun!