Qış mövsümündə bu qidalar qəbul edilməlidir
Xalq Təbabəti

Qış mövsümündə bu qidalar qəbul edilməlidir

Soyuq günlər yaxınlaşdıqca xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək lazımdır. Bunun üçün A, E və S vitaminləri qəbul edilməsi faydalıdır. Bibər, ispanaq, limon və narıngi S vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlarda, o cümlədən balıq yağında və fındıq meyvəsində daha çox üstünlük təşkil edir.

1Arada.az axar.az-a istinadən xəbər verir ki, bu barədə həkim-diyetoloq Ləman Süleymanova bildirib.

Onun dediyinə görə, qış mövsümü zamanı balanslaşdırılmış qida qəbul edilməlidir. Əlbəttə ki, hər kəsin fərqli seçimi ola bilər, lakin səhər yeməyinin bir dilim qızardılmış tost çörək, yumurta, 4 zeytun, bir qədər pendir və ya kəsmikdən ibarət olması daha çox məsləhətdir. Xüsusilə qış mövsümündə orqanizm tələb etmədikdə də mümkün qədər çoxlu su, gün ərzində 10-14 stəkan içilməlidir.

“Qış fəslində Omeqa-9 yağından istifadə etmək tövsiyə olunur. Lakin pəhriz rejimində olanlar Omeqa-3 yağına üstünlük verməlidirlər. Naharda ət yeyilibsə, şam yeməyi zamanı balıq, toyuq, göbələk kimi zülallarla zəngin qidalardan istifadə edilməsi daha yaxşıdır. Həmin qidaları sevməyənlər paxlalı bitkilərdən – qarğıdalı, noxud, lobyadan daha çox istifadə etməli və ya onları salatlara əlavə edib yeməlidirlər”,- deyə həkim-diyetoloq fikrini yekunlaşdırıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir