Redaktorun Seçimi

Qeyri-adi parklama – pikap yaşayış evinin damına düşüb

1arada.az xəbər verir ki, ev yiyəsi axşam proqramına baxarkən onun evinin damına ağır pikap Ram 1500 düşüb. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarətetməni itirib, avtomobil yoldan çıxaraq arxa düşüb çıxandan sonra bir neçə metr uçaraq yaxınlıqdakı binanın damına düşüb. Həmin vaxt ev yiyəsi olan Co Nayra qarajında oturub televizora baxırmış. Komediya filmlərində olduğu kimi,  o, səsə çevrilərək qəza səbəbkarı ilə sözün əsl mənasında üz-üzə gəlib. Ən gülməlisi isə o olub ki, sürücü uzun müddət nə baş verdiyini anlaya bilməyib. Daha sonra məlum olub ki, qəza səbəbkarı Bruner narkotik vasitələrin təsiri altında olub. Qəza yerinə gələn polislər sürücünün avtomobilində marixuana və digər qadağan olunmuş narkotik vasitələr aşkar ediblər. Dəfələrlə yol hərəkətini kobud şəkildə pozan sürücü polis tərəfindən həbs olunub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir