Qaxda alça ağacı qış mövsümündə çiçək açıb
Hər Şeydən Bir Az

Qaxda alça ağacı qış mövsümündə çiçək açıb

Qaxda alça ağacı çiçək açıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, maraqlı və qeyri-adi təbiət hadisəsi rayonun Qaxbaş kəndində Dünya Məmmədovanın həyətyanı sahəsində qeydə alınıb.

Bayram öncəsi həyətində təmizlik işləri aparan qadın alça ağacının çiçəkləməsinin şahidi olub.

Mütəxəssislərin sözlərinə görə, alça ağacı yazda çiçək açmalıdır. Ağacın qışda çiçəkləməsi anormal hadisədir. Ağacın çiçək açdıqdan sonra bar verməsi isə mümkün deyil. Çünki havanın soyuq olması tozlanmanın qarşısını alır və yeni çiçəklər quruyur.

Qeyd edək ki, Qaxbaş dağlıq kənddir və burada havanın temperaturu əksər vaxtlar normadan aşağı olur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir