Qarın hündürlüyü 22 sm-ə çatıb - AZƏRBAYCANDA - FOTO
Hər Şeydən Bir Az

Qarın hündürlüyü 22 sm-ə çatıb – AZƏRBAYCANDA – FOTO

QubaQusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.

1Arada.az-ın xəbərinə görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.

Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.

Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 sm-ə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb. (apa)



1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir