Qanunsuz parklanmanın qarşısı alınır
Hər Şeydən Bir Az

Qanunsuz parklanmanın qarşısı alınır – Video

Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb. Əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. 1Arada.az xəbər verir ki, nəticədə;

         Piyada təhlükəsizliyi təmin edilib

         Sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub

         14 Müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki,  bu da 200.000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir.

  Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

Qeyd edək ki, gündəlik olaraq bu yoldan istifadə edən hərəkət iştirakçıları xüsusən də ictimai nəqliyyat istifadəçiləri görülən işlərdən razlıqlarını ifadə edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir