Qadınlar haqda 5 maraqlı fakt
Qadın Uşaq Kişi

Qadınlar haqda 5 maraqlı fakt

Qadın öz orqanizmini nə qədər yaxşı tanıyır? Qadın orqanizmi haqda məlum olan bəzi faktlar hətta alimləri də təəccübləndirir.
1Arada.az onlardan bir neçəsini sizə təqdim edir:


1-ci fakt: Qadın nə qədər ağıllıdırsa, onun ana olmaq arzusu da az olur. Britaniya alimləri maraqlı eksperiment keçirmişlər. Məlum olub ki, qadının intellekt səviyyəsi nə qədər yüksək olarsa onların ana olmaq və nəsli davam etdirmək istəkləri də az olur. Orta səviyyədən yuxarı intellektə malik qadınlar ailə qurmaqdan çox özlərini inkişaf etdirməklə, karyera, əlavə təhsil almaq istəyində olurlar. Bu səbəbdən də, alimlər bütün insanlığın get-gedə kütləşdiyini hesab edirlər.

2-ci fakt: Qadınlar münasibətdə daha seçicidirlər və tez aşiq olmurlar. Araşdırma göstərib ki, kişilər qadınlardan daha tez aşiq olurlar. Emosional təbiətlərinin olmasına baxmayaraq zərif cins öz tərəfdaşlarına daha çox tələbkardılar. Onlar partnyorları tez-tez yoxlayır, seçdiyi insanın güvənilən biri olduğunu bilmək istəyir. Əgər kişilər ilk görüşmənin 1-3 günlərində aşıq olurlarsa qadınlara 7-12 görüşdən sonra tərəf müqabilinə güvənə bilirlər.


3-cü fakt: qırmızı rəng qadınları qısqanmağa məcbur edir.
Aparılan araşdırmada kişilərə və qadınlara müxtəlif rəngli paltar geyinmiş şəkillər göstərilib. Nəticələrə görə, zərif cinsin nümayəndələri qırmızı geyimli qadınların daha dağınıq, aqressiv və yüngül biri kimi qəbul ediblər. Kişilər rəngə heç bir əhəmiyyət verməmələrinə baxmayaraq qadınlar qırmızı geyimli qızları birbaşa təhlükə hesab ediblər.


4-cü fakt: Qadınlar kişilərin sağlam olduğunu qoxularından anlayırlar. Kişinin bir çox insanın içindən sağlam olduğunu anlamaq üçün qadına sadəcə olaraq bir neçə saniyə lazımdır. Amerikalı seksoloqlar sübut ediblər ki, kişinin ətri qadını sakitləşdirməyə qadırdır. Buna görə də ayrılıq zamanı sevdiyi insanın köynəyini iyləmək qadına yaxşı təsir edir.


5-ci fakt: Dünyaya uşaq gətirən qadınlar daha tez qocalırlar. Bunun səbəbi hamilə olarkən qadının bütün vitamin və lazımlı maddələrinin döl tərəfindən alınması deyil. Amerikalı alimlər uşaq dünyaya gətirən qadınların DNT-nin zədələnmədən qoruyan xromosomlarında olan dəyişiklik müşahidə ediblər. Bu prossesə həmçinin də stress mənfi təsir göstərir. Hamiləlik və doğuş da qadın üçün ən böyük stresslərdən biridir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir