Priyanka Çopra və Nik Conas toylarının ildönümündə bir-birlərini belə təbrik etdilər
Hər Şeydən Bir Az Məşhurlar

Priyanka Çopra və Nik Conas toylarının ildönümündə bir-birlərini belə təbrik etdilər

1Arada.az xəbər verir ki, bu gün hind əsilli Britaniya aktrisası Priyanka Çopra və musiqiçi Nik Consun toylarından düz bir ili tamam olub. Cütlük eni vaxtda həm avropa sayağı həm də hind ənənlələri ilə bir neçə toy mərasimi təşkil ediblər. Toy mərasimində gəlin Ralрf Lаuren-dən olan 23 metrlik uzun şleyfli gəlinliyi ilə bərq vururdu.

Bu gün Priyanka və Nik sosial şəbəkəyə 1 il əvvəl baş tutan toydan şəkillər və bir birlərinə sevgi etirafları paylaşıblar. “Söz verirəm. O zaman.. İndi.. Əbədi. Sən mənə eyni vaxtda sevinc, lütf, tarazlıq, həyəcan, ehtiras verirsən. Çox sağ ol ki, məni tapmısan. Toyumuzun ilk ilidönümü mübarək, ərim” “Bir il əvvəl bu gün biz “əbədi” dedik. Amma əbədilik daimi deyil. Priyanka, səni bütün qəlbimlə sevirəm, ildönümümüz mübarək.

Bu yaxınlarda səhər tezdən Nik yatarkən Priyanka ərinə hədiyyə edib – o alman ovçarkası cinsindən olan Cino adlı küçük hədiyyə edib. “Bu onun mənə edə biləcəyi ən yaxşı şürpriz idi” – deyə duyğulanan Nik göz yaşları ilə bildirib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir