Alman kompaniyası 700 at gücünə malik yeni Macan elektrokrassoveri istehsal edəcək.
Porşe Macan krossosverini 2014-cü ildə bazara çıxarıb, 2018-ci ildə isə model restaylinq keçirib. Bu ilin avqust ayında isə kompaniya modelin Turbo adlı yenilənmiş versiyasını nümayiş etdirib. İlin əvvəlində istehsalçı şirkət Porşe Macan modelinin tamamilə elektriklə çalışan avtomobil olacağını və Taycan sportkarı ilə eyni platformanı bölüşəcəyini bəyan edib. Amma, şirkət əgər əvəllər modelin yalnız elektriklə işləyəcəyini bildirirdilərsə indi bazarda bir müddət benzinlə işləyən modelin də satılacağını elan ediblər.
Müştərilərinin bir çoxu elektrokara keçməkdən imtina etdiyi üçün Porşe firması onların istəklərini nəzərə almağa qərar verib. Buna görə də elektriklə işləyən Macan avtomibilləri bazara girdikdən sonra bir müddət modelin benzin mühərrik versiyası da satışda olacaq. Bu “keçid” mərhələsi adlanır. Modelin bazarda nə qədər qalacağı hələ ki, dəqiq məlum deyil, amma çox güman ki, bu müddət iki il çəkəcək. Elektrokarın 2021-ci ildə bazara buraxılacağını nəzərə alsaq benzin mühərrikli avtomobillər 2023-cü ilə qədər satışda olacaq.
Porşe kompaniyasının top-meneceri Culian Baumanın sözlərinə görə, Macan modelinin elektrik versiyasının aerodinamikası ilə Taycan sportkarının yaradıcıları məşğul olacaqlar.
Modelin xarici görünüşü cari modelin görünüşündən fərqlənəcək amma onu hardasa xatırladacaq. Culian Bauman bildirib ki, Macan markanın ən çox satılan modeli olduğu üçün istehsalçı avtomobilin “ruh”unu saxlamağa qərar verib.