Polislər və jurnalistlər üçün şəffaf maskalar hazırlandı - FOTO
Hər Şeydən Bir Az

Polislər və jurnalistlər üçün şəffaf maskalar hazırlandı – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2 000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb.

Bu barədə 1Arada.az-a Dövlət Agentliyindən məlumat verilib.

İnsan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Bu maskalarla ilk olaraq COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar.

Eyni zamanda açıq satışda olacaq bu maskalar birdəfəlik deyil, bir neçə dəfə istifadə oluna bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir