Polislər uşaqlar üçün qan verdilər - FOTO
Hər Şeydən Bir Az

Polislər uşaqlar üçün qan verdilər – FOTO

Bu gün talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədi ilə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında təşkil edilən qanvermə aksiyası keçirilib.

1Arada.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada alayın şəxsi heyəti yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor polis əməkdaşının sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb.

Aksiyada iştirak edən polislər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist aksiyada yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərərin müalicəsində istifadə olunacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir