Pizza dadında oladi Səhər yeməyi üçün idealdır
Yemək Reseptləri

Pizza dadında oladi: Səhər yeməyi üçün idealdır

Qatıq – 1 stakan
bərk pendir – 70 qr
kolbasa – 100 qr
un – 1 stakan
duz – yarım çay qaşığı
şəkər tozu – yarım çay qaşığı
soda – yarım çay qaşığı
şirin bibər – 1 ədəd
pomidor – 1 ədəd
cəfəri – 2 sap
qızartmaq üçün bitki yağı
yumurta – 2 ədəd
Hazırlanması:

Qatığı bir qaba töküb üzərinə şəkər tozu, duz, və soda əlavə edib qarışdırın. Qatığı şişməsi üçün bir kənara qoyun. Oladi üçün tələb olunan ərzaqları doğrayın. Pendiri sürtgəcdən keçirin, kolbasa və digər tərəvəzləri kib şəklində doğrayın.
Yumurtaları və unu qatığa əlavə edib qarışdırın. Daha sonra bütün inqrediyentləri əlavə edib yaxşıca qarışdırın.
Tavaya yağ tökərək qızdırın və alınan duru kütləni xörək qaşığı yardımı ilə tavaya tökün.
Orta ölçülü tavaya 4 ədəd oladi  yerləşir. Hər iki tərəfini qazardın. Səhər yeməyi üçün idealdır. Nuş olsun!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir