Belə hesab olunur ki, əgər hər gün lift yerinə daimi olaraq pilləkəndən istifadə etsəniz o zaman, sizin idman zalına getməyinizə ehtiyac qalmayacaq.
1Arada.az xəbər verir ki, alimlər normal idman məşqini əvəz edə bilmək üçün neçə pilləkən qət etməyin lazım olduğunu araşdırıblar. Məlum olub ki, sağlam olmaq, həyat qabiliyyətinin artması və ölüm riskinin aşağı düşməsi üçün gün ərzində 2-4 mərtəbəyə pilləkənlə qalxmaq kifayət edir.
Araşdırmalara görə,pilləkən qalxmaq və ya enmək ürək-dama sistemi göstəricilərini, müvazinəti, qan təzyiqini, qanda olan şəkər və xolesterin miqdarını, çəkini normada saxlamağa səbəb olur. Ürək əsasən də pilləkən qalxarkən daha effektli işləyir. Bu yüksək intensivli idman məqşinə bərabər olur. Pilləkənlə enmək isə orta intensivli məşqə bərabərdir. Həkimlərin bildirdiklərinə görə, ürək-damar sisteminin tonusu artırmaq üçün həftə ərzində 30-160 dəqiqə olmaqla 8-12 həftə ərzində pilləkənlə qalxmaq tələb olunur.
Pilləkən qalxmaq deyəndə ki, idman ürəyə xeyirdir. Ürək sağlamlığı ilə bağlı problemi olanlar isə gəzinti və yüngül fiziki hərəkətlər etməlidirlər.