Pensiya alanlara şad xəbər- Gələn aydan...
Hər Şeydən Bir Az

Pensiya alanlara şad xəbər: Gələn aydan…

Karantin rejimi mayın 4-də bitsə belə, pensiya, müavinət, sosial yardım, təqaüd alanlar bu vəsaitlərini may ayında da istənilən bankomatdan rüsum tutulmadan çıxara biləcəklər.

1Arada.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, ünvanlı dövlət yardımların ödənişi aprelin 28-də keçiriləcək. Məqsəd cari ay ərzində müraciət etmiş bütün ailələrin bu ay ərzində sosial yardımları almasına kömək etməkdir:

“Vətəndaşları bankomatlar qarşısında sıxlıqdan qorumaq məqsədilə istənilən bankomatdan pensiya, müavinət, sosial yardım, təqaüdü heç bir rüsum tutulmadan almaq üçün şərait yaradılıb. Bu halda onlar bütün vəsaitlərini tam şəkildə alacaqlar. Bununla bağlı razılıq xüsusi karantin rejiminin tətbiq edildiyi müddətə aiddir. Karantin rejimi mayın 4-də bitsə belə, bu, may ayında da qüvvədə olacaq. Bununla biz yenə də vətəndaşlarımızı virusa yoluxmadan qoruyuruq”. //Trend

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir