Paltaryuyan maşınla edilən ən kobud səhvlər
Hər Şeydən Bir Az

Paltaryuyan maşınla edilən ən kobud səhvlər

Paltaryuma prosesi uzun vaxt aparan və əziyyətli işdir. Amma son zamanlar paltaryuyan maşınlar bu işi asanlaşdıraraq daha zövqlü edib. Lakin bəzən ev xanımları paytaryuyan maşınla paltar yuduqda belə paltarların və maşının ömrünü azaldacaq səhvlərə yol verirlər. 1Arada.az sizə paltaryuma prosesində yol verilən bir çox səhvləri təqdim edir:

1. Demək olar ki, heç bir ev xanımı paltar yuma zamanı maşına antibakterial vasitə əlavə etmir. Amma əbəs yerə. Virus xəstəliklərinin çox yayıldığı bir dövrdə rastlaşdığımız insanların çoxu öskürərək və asqıraraq gəzir. Məhz küçədən evə xəstəlik törədən bakteriyalar daxil olur. Məhz buna görə də, xanımlar paltarın hər hansı bir xəstəliyə yoluxmamaq üçün maşının içərisinə antibakterial vasitə əlavə edirlər. Belə olan halda vəziyyət əksinə olaraq dəyişir. Onlar bu cür şəraitdə onlar özünü daha yaxşı hiss edirlər.

2. Yaxşı olardı ki, ayda bir dəfə paltaryuyan maşının içini təmizləyəsiniz. Bunun üçün xüsusi vasitələrdən istifadə etmək mümkündür. Kif və pas maşının qapısının rezinlərində toplanır. Onları yaxşıca təmizləmək lazımdır. Filteri də hər yuma prosesindən sonra təmizləmək məsləhətdir. Bu cəmi 10 dəqiqə vaxt aparacaq.

3. Paltarları barabana yaxşı olardı ki, tərs üzünə çevrilmiş şəkildə yığasınız. Pambıq paltarları, zərif materialları həmçinin də cins geyimləri tərs çevirərək maşına atın. Bu yuma və sıxma zamanı paltarların liflərinin zədələnməsinin qarşısını alır.

4. Paltarlar barabana lazım olan çəkidə yığılmalıdır. Çəki tutumundan asılı olmayaraq yaxşı olardı ki, onu maksimum yükləməyəsiniz. Paltarlar maşına yığıldıqdan sonra 2 yumruq həcmində boş yer qalmalıdır. Yalnız belə olduqda paltaryuma effektli olacaq. Əks halda paltarların üst səthində yuyucu toz dənələri yığılacaq və paltarlar təmiz yuyulmayacaq.

5. Çox vaxt corablar maşının qapısının rezinlərində ilişib qalır. Bundan qaçmaq üçün yaxşı olardı ki, corabları xüsusi torbaya yığaraq maşına atasınız.

6. Xanımlar çox zaman paltarların üzərində olan etiketləri oxumurlar. Halbuki etiketdə paltarın yumaq və qurudulması üçün düzgün rejim qeyd edilir. Onun düzgün seçilməməsi paltarlara zərər verir. Buna görə də, etiketi diqqətlə oxuyaraq orda verilən göstərişlərə ciddi əməl edin.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir