Övladınız pis yatırsa onu dəfnə suyu ilə çizimdirin - Digər faydaları
Xalq Təbabəti

Övladınız pis yatırsa onu dəfnə suyu ilə çimizdirin – Digər faydaları

Dəfnə yarpağı bir sıra faydalı xüsusiyyətlərə malikdir və buna görə də müxtəlif sahələrdə tətbiq edilir. Lakin onun bir sıra çox da məlum olmayan xüsusiyyətləri də mövcuddur.

1Arada.az bu dəfə sizə dəfnə yarpağının gizli qalan faydalı xüsusiyyətlərindən söz açacaq.

Yuxusuzluq zamanı kömək edir

Əgər övladınız pis yatır və tez-tez oyanırsa o zaman təzə dəfnə yarpağını əzərək ətrini  otağa yayın. Həmçinin dəfnə yarpağından vanna da edə bilərsiniz. 10 ədəd dəfə yarpağını 1 litr suda 30 dəqiqə qaynadın. Daha sonra uşağı bu suda yuyun. Körpəniz gecə rahat yatacaq və oyanmayacaq.

Sağaldıcı təsirə malikdir

Əgər bədəninizdə açıq yara varsa o zaman dəfnə dəmləməsi ilə həmin nahiyənin ətrafını tez-tez silin. Bu yaraya mikrob düşməsinin və dərinin bərpa olunmasını təmin edəcək.

Bədənin virus və infeksiyalara qarşı dayanıqlılıını artırır.

Birt sıra xəstəliklərə qarşı orqanzimin müqavimətini artırmaq üçün bu reseptdən iasifadə edin. 10 ədəddən az olmaqla dəfnə yarpağını 1,5 stəkan suda qaynadın və gün boyu için.  Proflaktika məqsədilə dəmləməni gündə 1 x/q olmaqla yeməkdən əvvəl 7 gün müddətində işin.

Saçlara və dəriyə yaxşı təsir göstərir

Üz dərisini təmizləmək üçün tonuslaşdırıcı lasyon hazırlamaq olar.

15-20 dəfnə yarpağını 100 ml suya atın və 3 dəqiqə qaynadın. Məhlulu 1 saat saxlayaraq aiyudun. Üzünüzü, boyun və dekolte hissəsini onunla silin. Lasyonu 1 ay ərzində soyuducuda saxlaya bilərsiniz.

Saçları möhkəmləndirmək üçün dəfnə yarpağından hazırlanmış ekstraktdən istifadə edə bilərsiniz. Bunun üçün 2 x/q xırdalaınmış dəfnə yarpağının üzərinə az miqdar qaynar su tökərək 1 saat saxlayın. Daha sonra üzərinə 2 x/q bal əlavə edin.  

Alınan kütləni saçlarınızın diblərinə çəkin, bağlayaraq 1 saat saxlayın. Daha sonra şampunla yuyun. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir