Operativ Qərargahdan sərt karantin ilə bağlı AÇIQLAMA
Həkimlər Tibbi Xəbərlər Xəstəliklər

Operativ Qərargahdan sərt karantin ilə bağlı AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayının durmadan artması insanlar arasında təşvişi artırır.Artıq gün ərzində yoluxanların sayı 3 minə, ölənlərin sayı isə 40-a yaxınlaşır.

1Arada.az xəbər verir ki, vəziyyətin belə davam edəcəyi təqdirdə ölkədə karantin qaydalarının yenidən sərtləşdiriləcəyi və sms izacə sisteminin tətbiq olunacağı ehtimalı gündəmə gəlib.

Virusdan ölənlərin də sayında artım var. Ölənlərin və aktiv xəstələrin sayı artsa da, Operativ Qərargah hələ ki sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar verməyib. Bununla belə, “Ramazan başlayandan sərtləşmə qərarı olacaq”, – deyə xəbərlər yayılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə pravda.az-a bildirib ki, Ramazan ayında sərt karantinlə bağlı hər hansı qərarın olacağı haqqında məlumatsızdır.

Vaksinasiya ilə bağlı məsələyə isə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla isə test götürülən zaman qoyulan kriteriyaları pisləyib: “Temperatur 38 dərəcədən yuxarı olmalıdır ki, test aparılsın. Bu kriteriyalar dəyişməlidir. İnsanlardan maksimum test götürülməyə çalışılmalıdır”.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya olunanların sayı da 1 milyonu ötüb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir