Operativ Qərargah - Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər
Hər Şeydən Bir Az Tibbi Xəbərlər

Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”

“Bütün qayda və tələblərə riayət olunduğu halda koronavirusla bağlı 2 həftədən sonra müsbət istiqamətə dönüş başlaya bilər”.

1Arada.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İbrahim Məmmədov

 İbrahim Məmmədov

İ. Məmmədov deyib ki, bu, vətəndaşlar karantin rejiminə əməl etdikdə mümkün olar: “Son 3 günün nəticələri göstərir ki, biz xüsusi karantin rejiminə tam riayət etmirik. Ona görə nə qədər ki, karantin rejiminə insanlar əməl etməyəcək, hadisələrin gedişi ilə bağlı riyazi hesablamalar apara bilmərik”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir