“Onlara vaksin vurmaqdan imtina etmişik” – Baş həkim
Xəstəliklər

“Onlara vaksin vurmaqdan imtina etmişik” – Baş həkim

“Bir həftə ərzində 100 nəfər vaksinasiya olunub, hələ ki, peyvənd ancaq səhiyyə işçilərinə vurulur”.

1Arada.az xəbər verir ki, bunu vaksinasiya prosesi ilə bağlı Sfera.az-a danışan Səbail rayonu, 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova deyib. O, vaksin olunanlarda sonradan əks təsirin müşahidə edilmədiyini bildirib:
“Bu gün klinikamızda 100-cü tibb işçisinə vaksin vuruldu. Vaksinasiyanın birinci mərhələsi olduğu üçün hələ ki, peyvənd ancaq bu sahənin adamlarına vurulub. İkinci mərhələdə, yəni 1 fevraldan etibarən 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start veriləcək”.
Baş həkim vaksinasiyanın başlandığı tarixdən bu yana 20-ə yaxın səhiyyə işçisinə vaksin vurulmasından imtina edildiyini söyləyib:
Vaksin olunan 100 nəfərdən heç birində sonradan narahatlıq yaranmayıb, allergik reaksiya müşahidə edilməyib. COVID-19 test nəticəsi pozitiv olan tibb işçiləri var idi ki, onlar da vaksinasiya üçün müraciət etmişdilər. Lakin onlarda artıq immunitet formalaşdığı üçün həmin şəxslərə peyvənd vurulmayıb. Son bir həftə ərzində bu qəbildən olan 20-yə yaxın şəxsə vaksin vurmaqdan imtina etmişik“.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir