Ölümcül virusun yeni yoluxma yolu məlum olub
Hər Şeydən Bir Az

Ölümcül virusun yeni yoluxma yolu məlum olub

Koronavirus insan orqanizminə gözün selikli qişasına təmas yolu ilə daxil ola bilər.

1Arada.az-ın Virtual.az-a istinadən məlumatına görə, Çin Xalq Respublikasının Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Li Sinvan bu barədə brifinqdə bəyan edib.

“Sətəlcəmin yeni növü təmas yolu ilə yoluxa bilər. Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, – deyə o bildirib.

“Buna görə qoruyucu maska geyinmək və əlləri yaxşıca yumaq vacibdir, bu virusun yayılması və yoluxma riskini azaldacaq”, – deyə Sinvan əlavə edib.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 4547 nəfərə, ölənlərin sayı isə 106 nəfərə çatıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir