Ölkəyə qeyri-qanuni gətirilən siqaretlər ələ keçirildi
Hər Şeydən Bir Az

Ölkəyə qeyri-qanuni gətirilən siqaretlər ələ keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan 1Arada.az-a verilən məlumata görə, Kiyev-Bakı aviareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikası vətəndaşı həmin sərnişinlərdən siqaretləri qəbul edib və hava limanının qarşısındakı “Kia Optima” markalı avtomobilə yığarkən saxlanılıb.


Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerindəki iki ədəd sellofan paketdə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 14000 ədəd “HEETS” və 600 ədəd “Parliament Silver Blue” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir