Olimpiadanın qalibi olan şahmatçılarımız vətənə qayıdıb
İdman

Olimpiadanın qalibi olan şahmatçılarımız vətənə qayıdıb

Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasındakı Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandası Bakıya qayıdıb.

1Arada.az report-a istinadən məlumatına görə, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, Vüqar Manafov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı və Aydın Süleymanlıdan ibarət komanda Olimpiadada 16 xal toplayıb. Azərbaycan Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub. Şahmatçılardan ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir