Naringinin qabıqları özü qədər faydalıdır - 5 Resept
Hər Şeydən Bir Az

Naringinin qabıqları özü qədər faydalıdır – 5 Resept

Naringinin tam mövsümüdür. Sevərək yediyimiz bu faydalı sitrus meyvəsinin təbii ki, qabıqlarını atırıq. Amma onların ən azından naringinin özü qədər faydalı olduğunu az adam bilir. 1Arada.az sizə naringi qabığından hazırlanan 5 resepti təqdim edir:

1. Xəstəliklərin profilaktikası zamanı istifadə edilə bilər: disbakterioz və digər mədə bağirsaq problemləri zamanı naringi qabığinı qurudun,onu qəhvəüyüdəndən keçirin. Alınan tozu istənilən yeməyə 1ç/q miqdarında əlavə edin. Bronxit zamanı 2x.q naringi qabığinın üstünə 1.5 stəkan qaynar su töküb dəmləyin. 5 dəqiqə dəmləndikdən sonra 1 saat ərzində soyumağa qoyun. Gündə 3 dəfə 0.5 stəkan yeməkdən yarım saat əvvəl qəbul edin.

2. Quru öskürek zamani:2 x.q xırda doğranmış mandarin qabığının üzərinə 1 stəkan araq töküb qaranlıq yerdə 1 həftə saxlayın. Sonra onu süzüb 0.5 stəkan suya 20 damcı töküb yeməkdən yarım saat əvvəl qəbul edin. Soyuqdəymə zamanı 1 ovuc doğranmış qabığın üzərinə qaynanmış su tökün, ağzı dar bir qabın içinə boşaldın və 10 dəqiqə ərzində buxarla nəfəs almağa başlayırıq. Bu prosesdən sonra 1 saat havaya çıxmaq olmaz.

3. Ayaqlarda göbələk xəstəliyi zamanı: naringi qabıqlarını gündə 2 dəfə olmaqla dırnaqlara, ayaq barmaqlarının arasına sürtmək lazımdır.

4. Yorğunluq və yuxusuzluq zamanı təzə naringi qabıqlarını bir torbaya yıgıb 15 dəqiqə ərzində onu iyləyin. Bu üsul baş agriları zamanı da işə yarayır. Meyvənin tərkibində olan efir yağlarının qoxusu yorğunluğu, əsəb gərginliyini aradan qaldırır, tez yuxuya getməyə kömək edir.

5. Yüksək təzyiq və aritmiya zamanı 1 stəkan təzə naringi qabığının üstünə 3 litr qaynanmış su tökün. Bir az qaynadıqdan sonra qazı söndürün. Günaşırı bu dəmləməni qızdırıb yatmazdan 1 saat qabaq ayağınızı 15 dəqiqə ərzində həmin suda saxlamaq kifayətdir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir