Narı təmizləmədən ondan şirə çıxartmağın ən rahat yolu
Hər Şeydən Bir Az

Narı təmizləmədən ondan şirə çıxartmağın ən rahat yolu

Nar şirəsi bir sıra faydalı xüsusiyyətlərə malikdir. Onun şirəsini təzə sıxılmış halda içmək məsləhətdir. Amma narı təmizləmək və ondan şirə almaq heç də asan iş deyil.

1Arada.az sizə əllərinizi və ətrafı nar şirəsinə bulaşdırmadan asan yolla 2 dəqiqəyə nar şirəsi sıxmağın yolunu açıqlayır.

Yaxşı yetişmiş və sağlam meyvəni yaxşıca yuyun.

Onu əlinizlə bərk səthə sıxın.

Bu zaman siz meyvənin içindən xırtıltı səsi eşidəcəksiniz. Bu belə də olmalıdır. Daha sonra barmağınızla meyvəni həm üstdən həm də altdan basın.

Proseduru səs kəsilənə qədər davam etdirmək lazımdır. Bu meyvənin içində olan toxumların hamısının əzilməsindən xəbər verir.

Deşin. Həmin deşikdən narın şirəsini hər iki əlinizlə bir qaba sıxın.

Bu üsulla bir ədəd böyük və yetişmiş nardan bir stəkan şirə sıxmaq mümkündür.

Nuş olsun!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir