Narahat ayaqabılar insanın bütün gününü bərbad edir. Ayaqlar rahat olduqda insan da gümrah və yaxşı əhval-ruhiyədə olur. Buna görə də, ayaqqabı seçərkən onun rahatlığına da xüsusi diqqət yetirmək lazımdır. Lakin bəzən də elə olur ki, ayaqqabının modelini bəyənərək onun rahat olub olmadığının fərqinə varmadan alırıq. Lakin sonradan acı həqiqətlə üz-üzə qaldıqda isə vəziyyətdən çıxış yolu axtarırıq.
1Arada.az sizə narahat ayaqqabının raharlaşdırmağın yollarını açıqlayır:
Əgər ayaqqabının bəzi yerləri ayağınızı sıxırsa, onu genişləndirmək mümkündür. Bunun üçün ayağınıza qalın corab geyinərək üzərində ayaqqabını geyinin və sıxan yerləri isti fen ilə bir müddət qızdırın. Beləliklə ayaqqabı ayağınızın formasını alacaq.

Dikdaban ayaqqabını rahat geyinmək üçün 3-cü və 4-cü ayaq barmaqlarınızı plastrla bir birinə bağlayın. Bu zaman ayaqlarınızın pəncəsi nisbətən kiçiləcək və darburun ayaqqabı rahatlıqla ayağınıza oturacaq.

Ayaqqabının altı sürüşkəndirsə onda ayaqqabının altını sumbata kağızı ilə sürtün.

Lak tufliləri şüşə təmizləyicisi ilə təmizləyə bilərsiniz.

Ağ ayaqqabıları dırnaq boyası təmizləyicisi ilə ağartmaq yaxşı nəticə verir.

Əgər ayaqlarınız ayaqqabını içərisində sürüşürsə onda ayaqlarınızın altına saç lakı püskürdün.

Yaş ayaqqabıları qurutmaq üçün onun içərisinə qəzet doldurun.

Ayaqqabının ölçüsünü böyütmək üçün onun içərisinə su dolu sellofan yerləşdirin və ayaqqabını dondurucuya qoyun.

Lak ayaqqabıda olan cızıqları aradan qaldırmaq üçün onu vazelinlə sürtün .
