Payız xurma mövsümüdür. Bu meyvə sağlamlıq üçün çox faydalı hesab edilir. 1Arada.az sizə xurma yeməyiniz üçün 4 səbəbi açıqlayır: Əgər özünüzü pəhrizlərlə incitməyərək artiq çəkidən azad olmaq istəyirsinizsə, o zaman xurma yeyin. Xurmanin tərkibində çox miqdarda qlükoza var. Buna baxmayaraq o aşagi kalorili bir meyvə hesab edilir. Çəki atmaq istəyənlər xurma yeməkdə özlərinə məhdudiyyət qoymamalıdırlar. Bundan başqa xurmanın büzüşdırıcı xüsusiyəti də var. Buna görə də onu çox yemək olmur. Xurmanın tərkibində çox miqdarda lif var. Lif bağırsağın hərəkətliliyini artırır və toksinlərdən təmizləyir. Lifin bir vacib xüsusiyyəti də odur ki, o mədədə şişir və insana uzun muddət toxluq hissi verir. Xurma həm də kaliumla zəngindir. Bu şirin və dadli meyvədə başqa heç bir meyvədə olmadığı qədər çox miqdarda kalium var. Bu maddə naddələr mübadiləsini yaxşilaşdirir, bədəndən suyun xaric olunmasina kömək edir. Beləliklə də böyrəyə düşən yükü azaldır və şişkinliyi aradan qaldırır. Xurmanın tərkibində olan digər güclü və vacib maddə də pektindir. Bu maddə bagırsağa müsbət təsir edir,onu təmizləyir,qəbizliyi aradan qaldirir. Onu da qeyd edək ki, xurma bir çox mikroelementlər və vitaminlərlə də zəngindir. Bir sözlə nə qədər ki, mövsümüdür bu faydalı və dadlı meyvədən bol-bol yeyin!
