Nə üçün saatın əqrəbləri soldan sağa hərəkət edir
Maraqlı Məlumatlar

Nə üçün saatın əqrəbləri soldan sağa hərəkət edir?

Hal-hazırda evlərdə bir aksessuar kimi bəzək əşyasına çevrilən saatın icad olunma tarixi çox qədimdir.

Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında orientasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür.

İlk dəfə qədim Misirlilər və Çinlilər, Yunanıstanlılar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf edərək günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəldiblər.

1Arada.az saatın nə səbəbdən soldan sağa doğru hərəkət etməsinin səbəbini açıqlayır:

Günəş saatı boş ərazidə qoyulan daşın günəşin hərəkəti nəticəsində yaratdığı kölgəsini izləməklə günün hansı vaxtı olduğundan xəbər tutmaq olurdu. Misir, yerin şimal yarımkürəsində yerləşən və ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edir. Günəş batanda isə şərq tərəfə çatırdı. Buna görə də saatda əqrəb və yelqovanın hərəkət istiqaməti soldan sağa doğru gedir.

Daha sonralar, çarxlı, batareyalı saatlar istehsal olunsa da klassik saatın hərəkət istiqaməti dəyişmədi. Hətta sağa doğru fırlanma “saat istiqamətinə dönmə” kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.

Boliviyada saat əqrəbləri hökümətin qərarına əsasən sağdan sola doğru hərəkət edir. Dəyişiklik ilk dəfə ölkənin paytaxtı olan La-Paz şəhərindəki parlament binasının üzərindəki saatda edilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir